87-ci mövsüm başa çatdı

87-ci mövsüm başa çatdı
3643 dəfə oxunub
  • A-
  • A
  • A+

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyulun 11-də 87-ci mövsümünü başa vuracaq.

Axşam.az xəbər verir ki, həmin gün yaradıcı heyətin mükafatlandırılması mərasimi keçiriləcək. Teatrın truppası ilə yanaşı onun nəzdindəki “Oyuq” teatr-studiyasında fərqlənməyi bacaran balacalar da öz mükafatlarını alacaqlar. 

Teatr əməkdaşlarının stimullaşdırılması məqsədilə keçirilən bu mərasimdə ilin ən yaxşı tamaşası, aktyor və aktrisası, ən məhsuldar əməkdaşı, eləcə də uğurlu debütü, perspektivli işçisi kimi bir sıra digər nominasiyalarda seçilənlər elan olunacaq.