Axşam.az xəbər verir ki, bu sözləri müğənni samir Piriyev "Bir axşam" verilişində deyib. O, sosial şəbəkədə heç bir həmkarını izləmədiyini söyləyib:
"Sosial şəbəkədə qəribə aqresivlik yaranıb. Ona görə də hamını izləmədən çıxardım. Əsəblərimə toxunurdular. İncəsənət sahəsində olanlara baxanda, deyirəm, bunlar nəyi bölüşə bilmir? Kütləni qıcıqlandırmaq olmaz.
İctimai insansansa, dediyin sözə diqqət etməlisən. Elin gözü tərəzidir, qıcığı yaratmayın. Baxıram ki, məndə də qıcıq yaradırlar. Tənqid hər zaman olmalıdır. Amma tənqidlə, təhqir səhv salınır".