Nazirdən şəhidin toyu olan bacısına bahalı hədiyyə - Fotolar

Nazirdən şəhidin toyu olan bacısına bahalı hədiyyə -  Fotolar
7087 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Aprel döyüşlərində şəhid olan Nurəddin Mirzəyevin qardaşı Nəcməddin Mirzəyevlə eyni döyüşdə şəhid olan Rəşid Baxşəliyevin bacısı Gülzar Baxşəliyevanın toyudur.

Axşam.az-ın "qafqazinfo"ya istinadən verdiyi məlumata görə, Bakıda keçirilən toy mərasimində millət vəkilləri Adil Əliyev, Aydın Hüseynov, Beyləqan korpusunun komandir heyəti, qazilər iştirak edir.

Bundan başqa Əməkdar artistlər Rafael İsgəndərovla, Coşqun Rəhimov da toy mərasimində iştirak edənlər arasındadır.

Müdafiə naziri Zakir Həsənov bəylə gəlinə təbrik məktubu göndərməklə yanaşı, onlara qiymətli hədiyyə bağışlayıb.