Şəkidə möhtəşəm “Optimal Yay Festivalı” konserti - Fotolar

Şəkidə möhtəşəm “Optimal Yay Festivalı” konserti - Fotolar
4015 dəfə oxunub
  • A-
  • A
  • A+

Məişət texnikası, elektronika və mebel sahəsində lider olmağı özünə hədəf qoyan “Optimal” şirkəti 1997-ci ildən etibarən xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərir.

Axşam.az xəbər verir ki, daim ilklərə imza ataraq müştərilərini sevindirən “Optimal” 30 iyundan - 30 sentyabra qədər başlatdığı “Optimal Yay Festivalı” kampaniyası çərçivəsində Şəkidə möhtəşəm konsert keçirib.

Konsertin açılış nitqində Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyindən bəhs edən bəstəkar və müğənni Murad Arif, “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır” sözlərini xatırladaraq onun əziz xatirəsini böyük hörmət və ehtiramla anıb.

Şəki şəhəri M.F.Axundzadə parkında baş tutan konsertdə Şəhər şəhər İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri, minlərlə Şəki sakini iştirak edib.

Murad Arifin ifasıyla davam edən konsert proqramında Əməkdar artist Gülüstan Əliyeva, Rüfət Axundov, Roza Zərgərli, Orxan Babazadə, Nazilə Əliyeva, Vaqif Şıxəliyev, Yaşar Cəlilov, Vəfa Şərifova, Vüqar Muradov və Ayaz Qasımov yeni mahnılarıyla pərəstişkarlarını sevindirib.

Qeyd edək ki, “Şansınız Optimal Olsun” devizi altında başlayan kampaniya “Optimal” elektronika və mebel mağazalarında hər 300 manatlıq nəğd və ya ilkin ödənişsiz, faizsiz, arayışsız kreditlə alış-veriş edən hər bir müştəriyə 1 ədəd kupon təqdim olunacaq.

12 oktyabrda keçiriləcək Final günündə “Optimal” müştərilərini 101 ədəd möhtəşəm hədiyyə gözləyir. Məişət avadanlıqları, telefonlar, noutbuklar, mebel dəstləri və nəhayət “Yeni Optima”  avtomobili sizin ola bilər.

“Xəzər” TV və “Optimal”ın layihəsi olan Yay Festivalı konsertləri 3 ay boyunca Azərbaycanın bölgələrində məşhur musiqiçilər ilə görüşünüzə gələcək.

“Optimal” bundan sonra da böyük layihələriylə hər zaman müştərilərini diqqət mərkəzində saxlayacaq.

Hörmətli “Optimal” müştəriləri, “Şansınız Optimal Olsun!”

Optimal - Keyfiyyəti əlçatan etdik.

Ətraflı: 012 954 / www.optimal.az