Vasif efirdə Nazimi söydü - Video

Vasif efirdə Nazimi söydü -  Video
9457 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yeni yayımlanan "Üçümüz" adlanan verilişdə gözlənilməz hadisə yaşanıb.

Axşam.az-ın məlumatına görə, proqramın qonağı Əməkdar artist Ədalət Şükürov olub. Aparıcılar Elcan Rəsulov, Həsrət Həsrətov və Ülvi Həsənli müğənnidən həmkarlarından birinə zəng edib, zarafatlaşmasını istəyib.

Ədalət həmkarı Vasif Məhərəmliyə zəng vuraraq "Yekaterinburqda toydur. Səni və Nazim Faytonçunu istəyirlər. Kökrəngi kostyum istəyirlər. Bir də aşgətirən lazımdır" sözlərini deyib.

Vasif isə ona "Kostyum var. Aşı da özüm gətirəcəm. O, Nazim Faytonçu var (söyüş söyür), onu toyda görmək lazım deyil. Yanında oturub deyəsən. Məzələnmə, adam kimi danış. 10 min dollar versinlər" cavabını verərək, qeyri-etik ifadələr işlədib. Efir zamanı Vasifin səsi kəsilib.