Açıq-saçıq geyinənləri tənqid etdi

Açıq-saçıq geyinənləri tənqid etdi
1456 dəfə oxunub
  • A-
  • A
  • A+
"Ziyarət xanımıyam, 4 ildir ancaq gedirəm. Xaricə gəzməyə getmirəm, ancaq müqəddəs yerləri gəzirəm. Buna görə də geyimim qapalı olub".

Axşam.az-ın məlumatına görə, bu sözləri Əməkdar artist Firuzə İbadova "X maqazin"ə açıqlamasında deyib. Müğənni açıq-saçıq geyinənlərdən söz açıb. O bildirib ki, açıq libası xanıma yaraşdırmır:

"Sevmirəm, həddindən artıq olanda üzümü çevirirəm. Açıq geyinən çox istədiyimi görəndə, görməməyə çalışıram. Ürəyimdə deyirəm ki, heyif. Çünki elə olanda simadakı bütün gözəllik itir".