Arvadından boşanıb, 5,5 milyona villa aldı

Arvadından boşanıb, 5,5 milyona villa aldı
6266 dəfə oxunub
  • A-
  • A
  • A+

Özü kimi aktyorluq edən arvadı Ezgi Eyüboğlu ilə boşanan Kaan Yıldırım yeni ev alıb.

Axşam.az xəbər verir ki, aktyorun yeni villası Bodrumda yerləşir. Bunun üçün Kaan 5,5 milyon ödəyib.

200 metrlik hovuzu olan ev 4 yataq, 1 qonaq otağından ibarətdir. Kaan mənzilini öz zövqü ilə dekorasiya etdirib. 32 yaşlı aktyor hazırda qışın yorğunluğunu milyonluq villasında atmaqla məşğuldur.

Qeyd edək ki, Yıldırım 2016-cı ildə aktrisa Ezgi Eyüboğlu ilə evlənmişdi. Cütlük ötən ay boşanıb.