Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı Lənkəran Dövlət Dram “Adamlar və siçanlar” tamaşasını nümayiş etdirib.

Axşam.az xəbər verir ki, amerikalı yazıçı Con Steynbekin əsərinin motivləri əsasında hazırlanan tamaşa insanığa mərhəmət, alicənab hisslər aşılamaqla yanaşı, tamaşaçıları böyük insanlığa, mənəvi dəyərlərə səsləyir.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur.

Qeyd edək ki, “Adamlar və siçanlar” tamaşası paytaxt Bakı ilə yanaşı regionlarda da nümayiş olunub. Tamaşaçıların teatra olan marağını nəzərə alaraq Naxçıvanda və Lənkəranda böyük coşğu ilə qarşılanıb.

ƏSA Teatrı bundan sonra ölkənin digər şəhər və bölgələrinə də səfər etməyi planlaşdırır.



                 

Digər