Yuxusuz qalmaq kökəldir

Yuxusuz qalmaq kökəldir
4370 dəfə oxunub
  • A-
  • A
  • A+

Piylənməyə səbəb olan bir çox faktorlar vardır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onlardan biri də düzgün yuxu rejiminin olmamasıdır. Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. Amerikalı diyetoloqlar 7 sağlam qadın və kişi üzərində araşdırma aparıb.

Həmin şəxslər 4 gün 8.5 saat normal, daha sonrakı 4 gündə isə 4.5 saat yatıblar. Təcrübə başa çatdıqdan sonra iştirakçıların qanındakı yağlanma və onların gün boyunca aldıqları kalorinin miqdarı müəyyənləşib.

İştirakçıların öncəki və sonrakı durumları arasında böyük fərqlər aşkarlanıb. Normal yatmayanların analizləri şəkər və piylənməyə meyilli olan xəstələrin yekunlarıyla uyğunluq təşkil edib.