"İlin ən yaxşı aktrisası" bəlli oldu - Azərbaycanda

"İlin ən yaxşı aktrisası" bəlli oldu - Azərbaycanda
3638 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənclər və İdman Nazirliyinin “İlin ən yaxşı aktrisası” nominasiyası üzrə mükafatına Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktrisası Gültac Əlili layiq görülüb.

Axşam.az xəbər verir ki, teatrdan APA-ya verilən məlumata görə, mükafat aktrisaya “Buta Palace” sarayında keçirilən tədbirdə təqdim olunub. G.Əlili “İlin ən yaxşı aktrisası” mükafatına Ə. Haqverdiyevin “Kimdir müqəssir” komediyasındakı Bahar obrazına görə layiq görülüb. Aktrisa teatrda “Talelər qovuşanda”, “Qısqanc ürəklər”, “Amerikalı kürəkən”, “İddialı qaraçı” və s. tamaşalarda əsas rollarda çıxış edib.