Süd vəzi xəstəliklərinə qadınlar arasında tez-tez təsadüf edilir.

Qadınların əksəriyyətinin yol verdiyi yanlışlar onları gələcəkdə böyük problemlərlə üz-üzə qoya bilər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi qaydalara riyatət edərək süd vəzi xəstəlikıərinin faizni minimuma endirmək mümkündür. Onları təqdim edirik.

1. Düzgün seçilməmiş büstqalter

Qadınların əksəriyyəti büstqalter seçməkdə səhvlər edir. Bir çoxları çox dar, süd vəziləri sıxan büstqalter seçirlər. Bu süd vəzinin sağlamlığı üçün çox ziyanlıdır, süd vəzidə mikrotravmalara səbəb olur, qan və limfa dövranını pozur.  

2. sinəsi üzərində yatmaq

Bu zaman süd vəziləri sıxılır ki, bu da onlarda müxtəlif pozulmaların inkişafına səbəb ola bilər. Bu xüsusilə süd vəziləri böyük olan qadınlara aiddir. 

3. Büstqalterdə yatmaq

4. İdman məşqləri zamanı xüsusi idman büstralterdən istifadə etməmək.

Belə xüsusi büstqalterlər süd vəziləri yaxşı saxlayır, dərinin və toxumaların dartılmasına imkan vermir.

5. Siqaret çəkmək

Bu pis vərdiş qadın orqanizminə kişi orqanizmi ilə müqayisədə daha ciddi ziyan vurur, müxtəlif pozulmalara və o cümlədən süd vəzi xəstəliklərinə səbəb olur.

6. Stresə məruz qalmaq

İstənilən güclü və ya xroniki stress qadın cinsiyyət sisteminə və süd vəzilərinin sağlamlığına ziyan vurur, pozulmaların inkişafına təkan verir. Mütəxəssislərin müşahidələrinə görə, süd vəzi problemləri olan qadınların əksəriyyəti mənfi emosiyaları içində saxlayan, özünü daim günahlandıran, üzündən, ailəsindən razı olmayan, qadınlığını hiss etməyən qadınlardır.



                 

Digər