Sosial şəbəkələrdə ailəsi ilə bağlı paylaşımlar edən Azərbaycanlı müğənni İradə İbrahimova pərəstişkarlarını duyğulandırıb.

Axşam.az xəbər verir ki, bu dəfə ifaçı oğlu Əli ilə birlikdə fotosunu izləyiciləri ilə bölüşüb.

"Qanadlarımın altında, sinəmin üstündə atan ürəyini sevdiyim. qızlar gələnədək beləcə ürək-ürəyə olacağıq. Ürəyinin boş zamanları mənimlə yan-yana, can-cana, bərabər yatdığımız zamanlar olacaq" deyə, sənətçi paylaşımda yazıb.

Xatırladaq ki, İradə İbrahimova 2009-cu ildə türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurub. Bu nikahdan onların İpek adlı bir qızı, Əli adlı bir oğlu var.



                 

Digər