Xalq artisti əməliyyat olundu - fotolar

Xalq artisti əməliyyat olundu - fotolar
2800 dəfə oxunub
  • A-
  • A
  • A+
Uzun müddətdir, böyrək kistasından əziyyət çəkən xalq artisti Ramiz Məlik bu gün Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) əməliyyat olunub.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, böyrək kistasının laparoskopik eksiziyası əməliyyatı 2 saata yaxın davam edib. Əməliyyat uzman həkim, uroloq Rəşad Məmmədovun rəhbərliyi altında keçirilib. Rəşad Məmmədov açıqlamasında bildirib ki, xalq artisti Ramiz Məlikin sağ böyrəyində giqant kistası var:

"Bu kista kiçik ölçülərdə olanda zərərsiz ötüşür. Amma ölçüləri çox böyük olduqda ətraf toxumalara və eyni zamanda böyrəklərə ciddi zərər vurur. Buna görə də son müayinələrdə kistanın zərərli olması qənaətinə gəlindi. Ramiz müəllimin böyrəyində olan kistanın laporoskopik olaraq, qapalı yolla çıxarılmasına qərar verildi".

Qeyd edək ki, xalq artisti Ramiz Məlik 2012-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında ürəyindən əməliyyat olunub.