Аzərbaycan əhalisinin sayı açıqlanıb.

Axşam.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 38 min 118 nəfər və ya 0,4 faiz artaraq, 2019-cu il iyulun 1-i vəziyyətinə 10 milyon 19 min 575 nəfərə çatıb.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1003 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər olub.



                 

Digər