Türkiyənin məşhur rejisoru Nihat Odabaşının anası vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçi İnstaqramda məlumat yayıb.

O, anasına bu sözlərlə vida edib:

“Sənə “get” deməklə, artıq getdiyini bilmək çox başqa imiş. Dünən daha ağıllı, daha sağlam idim. İndi hamısı uçub getdi. İki qolum yanıma düşdü. Bir şeylər qopdu. Düşünürdüm ki, hazıram, amma deyilmişəm. Yanına gələndə anladım. Üzünə baxa bilmədim - gerçəkdən bir az da olsa qaçmaq üçün...

Çox dəxlisizdir, amma elədir. Sənə gözüm qapalı vida etdim. Qəlbimdən səninlə bağlı bütün anlar işıq sürətilə keçir. Yüksək səslə deyə bilmədiklərimi içimdən söyləyirəm. Səndən ötrü darıxacağıq. Bir yerlərdə var idin, indi o yer boş qalacaq, çox çətindir. Rahat yat və mənə yenə dua et. Hər kəs səni ağbirçək bir qadın var çox sevən və qoruyan desin”.

N.Odabaşının paylaşımına yüzlərlə rəy gəlib. Türkiyəli məşhurlar ona başsağlığı verib. Onların arasında həmyerlimiz Murad Arif də olub.

Qeyd edək ki, Nihat Odabaşı Ajda Pekkan, Gülben Ergen, Demet Akalın, Röya Ayxan, Nigar Camal kimi məşhurların kliplərini çəkib.



                 

Digər