Parisin Notr-Dam kilsəsi yenidən çökə bilər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin mədəniyyət nazirliyi artıq bu barədə həyəcan təbili çalıb. Belə ki, şəhərdə baş verən anomal hava şəraiti ilə əlaqədar olaraq kilsənin bəzi konstruksiyaları qopub. Hazırda yanğından sonra bərpa işləri aparılmır, sadəcə kilsənin uçub dağılmasının dayandırılması istiqamətində işlər görülür.

Qeyd edək ki, tarixi binanın tikilişi XII əsrdə başlayıb və 200 il davam edib. Fransa prezidenti Emmanuel Makron Notr-Damın yenidən təmir ediləcəyini və əvvəlki halına qaytarılacağını bildirib. Bunun üçün isə çoxlu pul və uzun vaxt tələb edilir.

Fransada xeyriyyə Fondu tarixi abidənin təmiri üçün maddi dəstək yığıb. Məşhur simalar isə fonda Notr-Damın təmiri üçün pul bağışlayıb. 



                 

Digər