Türkiyəli aktyorlar Mehmet Aslantuğ, Selçuk Yöntem və Oktay Kaynarca bir araya gəlib.

Axşam.az xəbər verir ki, onlar birlikdə çəkdirdikləri fotonu sosial mediada paylaşıb.

Fotoda xarizmatik görüntüləri ilə diqqət cəlb edən sənətçilərə qısa zamanda mindən çox rəy yazılıb və bu şəkillər müxtəlif səhifələrdə paylaşılıb.

Qeyd edək ki, Mehmet Aslantuğ "Bir İstanbul masalı", Selçuk Yöntem "Deli yürek", Oktay Kaynarca "Kurtlar Vadisi" seriallarındakı obrazları ilə məşhurlaşıb.

 
 
 
 
 


                 

Digər