Növbəti dəfə eyni layihədə birləşdilər - Fotolar

Növbəti dəfə eyni layihədə birləşdilər - Fotolar
6126 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyorlar Ziya Ağa və Günay Əhməd yenidən eyni layihədə rol alacaqlar.

Axşam.az xəbər verir ki, onları dördüncü dəfə birləşdirən isə yeni mövsümdən “İctimai” TV-də yayımlanması planlaşdırılan “Kür nəğmə” serialıdır.

Dram janrında olan ekran işinin senari müəllifi Reyhan İsayeva, quruluşçu rejisoru Cavid Təvəkküldür.

Serialda həmçinin, Elşən Rüstəmov, Vüsal Hacıqədir, Fərhad Səmimi və Aygün Fətullayeva rol alır. Bundan başqa, Şəki və Mingəçevir Dram Teatrının aktyorları da ekran işində çəkiləcək.

“Kür nəğmə”dəki hadisələr Mingəçevirdə cərəyan edəcək.

Qeyd edək ki, serialın görüntü rejisoru Şahmar Səfəroğludur.

Onu da bildirək ki, Ziya Ağa və Günay Əhməd “İkinci pərdə”, “Könül yarası” kimi ekran işlərində və  “Bir gecənin nağılı” tamaşasında tərəf müqabili olublar.