"Sevda təyyarədə elə qışqırırdı ki..."

"Sevda təyyarədə elə qışqırırdı ki..."
4656 dəfə oxunub
  • A-
  • A
  • A+
"Hündürlük fobiyam var. Dağa çıxa bilmərəm. Adi cücəni əlimə götürə bilmərəm, ürəyim dayanar".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Hər şey daxil" verilişində qonaq olarkən deyib. Verilişin aparıcısı, prodüser Tarix Əliyev (Tolik) isə Sevda haqda etiraf edib.

"Bir dəfə Sevda ilə təyyarədə uçurduq. Qəfildən təyyarə burulğana düşdü. Sevda elə qışqırırdı ki, bütün hamı ona baxırdı" sözlərini deyib.

Sevda daha sonra digər qorxularından bəhs edib:

"Üzə də bilmirəm. Yaxşı ki, oxumağı bacarıram. Başqa əlimdən heç nə gəlmir. Əgər müğənni olmasaydım, modelyer, moda məsləhətçisi olardım".