Ağalarovanın evindən 1 milyon oğurlandı

Ağalarovanın evindən 1 milyon oğurlandı
3834 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada yaşayan azərbaycanlı biznesmen Araz Ağalarovun qardaşı qızı Səbinə Ağalarovaya məxsus olan evə oğrular girib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bunla bağlı polisə şikayət edən Səbinə külli miqdarda pulunun və iki dəyərli kürkünün götürüldüyünü bildirib.

Avqustun 9-da evdən gedən və 10 gün sonra geri qayıdan Səbinə seyfi yoxlamayıb. Bir neçə gün sonra seyfə baxan qız 25 min dollarının, təxminən 1 milyon rublın olmadığını görüb. Oğrular Ağalarovanın qızıllarına əl vurmayıblar.

Səbinə əşyalarının götürülüməsində işçilərini, əsasən də mühafizəçini günahlandırır.