Ayaqlarınıza qulluq edin

Ayaqlarınıza qulluq edin
5023 dəfə oxunub
  • A-
  • A
  • A+

Gün ərzində bədənin bütün yükü ayaqlara düşür və vücudumuzun 50-90 kq. çəkisini təxminən 10 kiloqramlıq ayaqlar daşıyır. Bunun üçün bədənimizin ən vacib orqanı olan ayaqları lazımınca qoruyub, onlara qulluq etmək lazımdır.

Axşam.az ayaqlara qulluq vasitələri təqdim edir:

Ayaq damarlarınızın elastik, əzələlərinizin möhkəm və sağlam olması üçün qida rasionunuza A və C vitaminli qidalar daxil edin: kök, yaşıl soğan, şirin bolqar bibəri, kahı, kələm, mal ciyəri, süd, kərə yağı, portağal və limon.

Tonuslaşdırıcı vannalar
Hər gün yatmazdan əvvəl ayaqlarınızı sabunla yuyun. 3 litr ilıq suya dəniz duzu və ya xörək duzu əlavə edib, ayaqları 15-20 dəqiqə vanna edin. Sonda onları soyuq su ilə yaxalayın.

Hazırladığınız vannaya nanə, evkalipt və çobanyastığı dəmləmələrini əlavə etmək ayaqları rahatladıb, yorğunluğunu alar.

Ayaqları əvvəl isti, sonrasa soyuq su ilə kontrastlı vanna edib, proseduru 8-10 dəfə təkrarlayın. İsti suya gicitkən və çobanyastığı dəmləsini əlavə etmək olar.

Müalicəvi vannalar
1 xörək qaşığı gülümbahar gülünün (kalendula) dəmləməsini 1 litr suda həll edib, ayaqları vanna edin. Məhlul ayaqda olan yaraları sağaldacaq. İsti suya xardal tozu əlavə edib, suyu hər dəfə isti su ilə yeniləyin. Vanna qəbul etdikdən sonra ayaqdarı qurulayıb, yun corab geyinib, yatağa uzanmaq lazımdır. Bu prosedur soyuqdəyməni görürür.

Ayaqlar tərlədikdə onları bakteriasid əlavələri (məsələn, formalin ola bilər) olan sabunla yumaq lazımdır.

Statistikaya əsasən qadın gündə 6000-8000 addım atır.

Ayaqların sağlam olması üçün dabanı 3-5 sm. hündür olan ayaqqabı geyinmək məsləhətdir. Hündürdaban ayaqqabı barmaqları deformasiya edir.

Evdə 1-2 saat ayaqqabısız və corabsız gəzmək xeyirlidir. Kapron corablar ayaqlarda qan dövranını zəiflədir.

Ayağı ayağın üstünə aşırıb, oturmaq ziyandır. Bu zaman ayaq damarlarında tıxac yaranır və qan dövranı zəifləyir.
Dizlərin qurumuş dərisini limon şirəsi ilə silmək xeyirlidir.