Evlilik kökəlməyə səbəb olur

Evlilik kökəlməyə səbəb olur
1732 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı alimlər evlilik ilə insanın çəkisi arasında əlaqə olduğunu sübut ediblər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, elm adamları xoşbəxt evliliyin və uzunmüddətli münasibətin insanın kökəltdiyinə dair təcrübə aparıblar. 

Aparılan araşdırmalara görə, uzunmüddətli münasibətlərdə cütlüklərin, xüsusilə də qadınların çəkisi ilk illərə nisbətən artır. Təcrübə 8 mindən artıq cütlük arasında həyata keçirilib. Nəticələr isə olduqca maraqlıdır. Belə ki, 5-6 il evli olan xanımlar 10 kq-dan yuxarı çəki alarkən, eyni evdə yaşayan, ancaq evli olmayan xanımlar 8 kq kökəlib. Eyni evdə yaşamayan, lakin sevgilisi olan xanımlar isə ən çox 5 kiloqram çəki alıblar.

Kişilərdə də durum eynidir. İki ildən artıq evli olan kişilər, evli olmayanlara nisbətən iki dəfə çox kilo alır. Bundan başqa evli kişilərin alkoqol və siqaret asılılığı daha azdır.