"Qardaşımın o avtomobildən çıxması bir möcüzə idi"

"Qardaşımın o avtomobildən çıxması bir möcüzə idi"
6580 dəfə oxunub
  • A-
  • A
  • A+
"Dua edən hər kəsə, göydə Allah, yerdə sizlərə, sağ olun deyirem. Hər gün qardaşım Samir üçün mənə 100-lərlə mesajlar, zənglər gəlir. Allah hər kəsdən razı olsun. Kimin dost, kimin düşmən olduğunu gördüm".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva sosial şəbəkədə yazıb. Sənətçi ağır avtomobil qəzası keçirən qardaşı Samirin səhhətinin getdikcə yaxşılaşdığını deyib:

"Narahat olub, soruşan tanıdığım, tanımadıqlarım sağ olsunlar. Qardaşımın o avtomobildən çıxması bir möcüzə oldu. Xəstəxanaya da təşəkkür edirəm, mənə Samirimi bir daha görmə şansını verdilər. Hələ ki, vəziyyəti ortadı. Müalicələr davam edir. Çünki nəfəsalma problemi var. Sizin dualarınız sayəsində yaxşı olacaq".