Günay İbrahimli Mehriban Əliyevaya mahnı həsr etdi - Video

Günay İbrahimli Mehriban Əliyevaya mahnı həsr etdi - Video
6704 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli “Mehriban” adlı mahnısını təqdim edib.

Axşam.az xəbər verir ki, bəstəkar Pərviz Mahmudovun layihəsi bir neçə aydır ki, hazırlanır. Mahnı Birinci vitse-Prezident Mehriban Əliyevaya həsr olunub.

G.İbrahimli mahnı barədə fikirlərini belə ifadə edib:

“Tarixən Azərbaycan qadınları həmişə mübariz və güclü olublar. Öz diplomatikliyi ilə seçilərək, ön sıraları tutublar. Düşündük ki, Mehriban xanımın timsalında bu mahnını bütün Azərbaycan qadınlarına həsr edək”.

Qeyd edək ki, mahnının sözləri Əməkdar müəllim Mətanət Pirquliyevaya, musiqisi P.Mahmudova, aranjimanı isə Rəşad Bağırova məxsusdur.