Tofiq Quliyevə həsr olunmuş konsert - Fotolar

Tofiq Quliyevə həsr olunmuş konsert - Fotolar
1066 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Diplomatik Akademiyası və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.

Axşam.az Qafqazinfo-ya istinadən xəbər verir ki, konsertdə vokalçı Ramil Qasımovun ifasında “Bakı”, “Sənədə qalmaz”, “Azərbaycan”, “Qızıl üzük”, “Bəxtəvər oldum”, “Bəxtiyar” kino-filimindən “Sevgilim”, “Telefonçu qız” filmindən “Bakı” haqqında mahnıları səslənib.

Konsertdə vokalçını Rəşidə Məmmədzadə müşayiət edib. Ramil Qasımov qeyd edib ki, layihə tələbə gənclərin milli-mənəvi dəyərlərə, xüsusi ilə Azərbaycan muğamlarına tələbə gənclərdə məhəbbət hissi aşılanmasında mühüm əhəmiyyət kəsb edəcək.