İlin ən yaxşıları seçildi - Fotolar

İlin ən yaxşıları seçildi - Fotolar
4623 dəfə oxunub
  • A-
  • A
  • A+

Musiqi sektorunun ən yaxşılarının təyin olunduğu MTV musiqi mükafatları sahiblərinə verilib.

Axşam.az xəbər verir ki, ABŞ-ın Nyu Cörsi ştatında baş tutan tədbirin aparıcısı Sebastian Maniskalço olub.

Mükafatlandırma gecəsində ilin və bütün zamanların ən yaxşı klipi Teylor Sviftin “You Need to Calm Down” seçilib.

“İlin müğənnisi” nominasiyası üzrə isə Ariana Qrande, ilin mahnısı isə Lil Nes İksə məxsus “Old Town Road (Remix)” olub. “Ən yaxşı hip-hop mahnısı” nominasıyasında mükafataın sahibi Kardi Binin “Money”i seçilib.

Ən yaxşı pop mahnısı Conas Brazersin “Sakır”, R&B mahnısı Normaninin “Waves”i olub. MTV-də ən yaxşı işbirliyi Şavn Mendesle Kamila Kabellonun “Senorita”sı seçilib. Bu yayın mahnısı isə Ariana Qrandenin “Boyfriend”idir.

Billi Ayliş “İlin yüksələn ifaçısı” kimi qiymətləndirilib.