Bir zamanlar mahnıları və rəqsləri ilə diqqət mərkəzində olan müğənni Arzum Xəlilova uzun müddət öncə sənətdən getmişdi.

Axşam.az sənətçinin yeni görüntülərini əldə edib.

Məlum olub ki, ifaçı ailə qurduğu üçün sənətdən uzaqlaşıb. O, türk vətəndaşı ilə 4 iyun 2016-cı ildə evlənib. Bir müddət Antalyada yaşadıqdan sonra İstanbula köçüblər. Cütlüyün ötən il Melina adlı qızı da dünyaya gəlib.

Qeyd edək ki, Arzum 2005-2011-ci illər arasında müğənni kimi fəaliyyət göstərib. O, "Qara-qara", "Qələmim ağlayır" mahnıları ilə məşhurlaşıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


loading...


                 

Digər