Murad Boz və Aslı Enver 5 milyonluq maşınla gəzintidə - Fotolar

Murad Boz və Aslı Enver 5 milyonluq maşınla gəzintidə -  Fotolar
5766 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Murad Boz ümumi dəyəri 5 milyon lirə (təxminən 1,4 milyon manat) olan iki avtomobili ilə İstanbul turuna çıxıb.

Axşam.az xəbər verir ki, sənətçi yeni aldığı maşınını, sevgilisi Aslı Enver də onun köhnə cipini sürüb.

Dostları ilə suşi yeməyə gedən sevgililər məkandan çıxanda obyektivlərə tuş gəliblər. Boza aid iki "Mercedes" dərhal məkanın qapısına yaxınlaşıb.

Murad bir müddət əvvəl aldığı, dəyəri 3,3 milyon lirə olan maşınına oturub. Digər avtomobilin sükan arxasına isə sevgilisi keçib. Sualları cavabsız qoyan sevgililər hadisə yerindən uzaqlaşıb.