Bakıda və ölkənin başqa şəhərlərində sentyabrın 18-25-də “Maiden Tower. To Be A Woman” (“Qız Qalası. Qadın olmaq”) beynəlxalq müasir incəsənət festivalı keçiriləcək.

Axşam.az xəbər verir ki, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi tərəfindən Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə təşkil olunacaq festival cəmiyyətdəki qadının yeri məsələsinə həsr olunur.

Festivalın proqramına bir sıra sərgi, sosial mədəni tədbirlər, müzakirə panelləri, görüntülü poeziya gecəsi, ustad dərsləri daxildir.



                 

Digər