“Mirzə Cəlilin Azərbaycanı” çəkilir

“Mirzə Cəlilin Azərbaycanı” çəkilir
3277 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında “Mirzə Cəlilin Azərbaycanı” adlı filmin çəkilişlərinə start verilib.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) mətbuat xidməti yayıb.

Filmin rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tair Əliyevdir.

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş film, rejissorun sənət taleyində fərqli rol oynayacaq.

Rejisor bildirib ki, Mirzə Cəliin personajlarını cəmiyyətimizdə tapıb filmə çəkmək fikrindədir:

“Düşünürəm ki, Mirzə Cəlil bu günkü Azərbaycanı görərək yazıb”.

Filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvan şəhəri, Nehrəm kəndi də daxil olmaqla, Ağcabədi rayonunda, Gürcüstanın Tbilisi və Qori şəhərlərində lentə alınacaq. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulacaq.

Qeyd edək ki, filmin senari müəllifi Nadir Bədəlov, operatoru Elxan Rüstəmov, bəstəkarı Azər Hacıəsgərli, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.