Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da digər sənət ocaqları kimi bu ay maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək.

Axşam.az xəbər verir ki, sənət ocağı sentyabrın 20-də “O olmasın bu olsu”la mövsümü açacaq. Sentyabrın 21-də “Ər və arvad”, 22-də “Arşın mal alan”, 27-də isə “Silva” (rus dilində) tamaşaları təqdim ediləcək. Bundan başqa, tamaşaçılar sentyabrın 28-də “Qodonun intizarında”, 29-da isə “999-cu gecə”ni izləyə biləcəklər.

Biletləri satış kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.



                 

Digər