Opera və Balet Teatrı niyə pəncərəsiz qaldı? - Fotolar

Opera və Balet Teatrı niyə pəncərəsiz qaldı? -  Fotolar
3413 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının hazırki vəziyyəti diqqət çəkib.

Axşam.az xəbər verir ki, son günlər teatrın şəhərin mərkəzində yerləşən binasının pəncərələrində şüşələr sökülüb. Əməkdaşımız tərəfindən mədəniyyət ocağının fotoları lentə alınıb. Şəkillərdən də açıq görünür ki, binada bütün pəncərələr şüşəsizdir.

Məsələyə aydınlıq gətirmək üçün teatrın mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Şüküfə Ağamirzəyeva isə hazırda yeni mövsümə hazırlaşdıqlarını bildirib:

"Teatrımız təmirə bağlanmayıb. Təmizlik işləri aparılır. Ola bilsin ki, buna görə, şüşələr çıxarılıb və yenidən taxılacaq. İçərisində də bir çox yeniliklər edilib. Otaqlarımızın bəziləri təmir olunub.

Sentyabrın 19-da isə yeni mövsümü açacağıq. Bu mövsüm də maraqlı səhnə əsərləri ilə tamaşaçıların yolunu gözləyirik".