“İlin ikonası”nı öpüşlərə qərq etdi

“İlin ikonası”nı öpüşlərə qərq etdi
4672 dəfə oxunub
  • A-
  • A
  • A+

“GQ” dərgisinin İngiltərə bürosu ötən gün “İlin adamları” mükafat gecəsini reallaşdırıb.

Axşam.az xəbər verir ki, tədbirə qatılan ulduzlar arasında Nikol Kidman, Kayli Minoq, Devid Bekham da olub.

Londonda gerçəkləşən gecədə Kayli Minoq “İlin ikonası”, Nikol Kidman “İlin qadın aktrisası”, Teyron Egerton “İlin kişi aktyoru” seçilib.

72 yaşlı amerikalı musiqiçi İgi Pop “Həyatboyu fəxarət” mükafatına layiq görülüb.

Redaktorun seçdiyi mükafat isə Devid Bekhama verilib. “İlin ən dəbli kişisi” Riçard Medden, “İlin yazarı” Ceyms Elroy, “İlin idmançıları” “The England One-Day” klubu olub.

Kayli Minoq səhnəyə çıxaraq, mahnı oxuyub. Bundan başqa, o, Paul Solomonsla öpüşdüyünə görə diqqət cəlb edib.