Liverpulda yaşayan Keyt Kanningam adlı qadın kəndalaş ağacı (Elder) ilə evlənib.

Axşam.az xəbər verir ki, o hətta Elder adını da özünə soyad olaraq götürüb.

Keyt sevgilisinin bu "nikahı" normal qarşıladığını və hətta ona dəstək olduğunu bildirib.

"Bu hadisədə ən çox utanan oğlum oldu. Ancaq o da məni bu gün tək qoymadı. Ən böyük dəstəkçim isə atam oldu" deyə, o qeyd edib.

34 yaşlı qadın, bu addımı ağacların kəsilməsinə qarşı atıb. Bu yolla qadın ağacların kəsilməsinə diqqəti cəlb etmək niyyətində olduğunu deyib.



                 

Digər