Ötən gün azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin də yer aldığı “Yasak elma” serialı ikinci mövsümünün ilk bölümü ilə ekrana gəlib.

Axşam.az xəbər verir ki, “Fox” TV-də yayımlanan serialda Nəsrinin Talat Bulut ilə olan səhnəsində yer verilən dialoq “Şeyma Subaşıya söz atıblar” kimi rəylərin yazılmasına səbəb olub.

Belə ki, ekran işində Şahika və Halitin qızının fərdi inkişaf kitabı yazması ilə bağlı söhbət edirlər. Bu zaman Talat Bulutun işlətdiyi “Ölkədə hər kəs yazıçı olub” sözlərinin “Sadece Şeyma” kitabı ilə uzun müddətdir gündəmdə olan Şeyma Subaşına aid edildiyi bildirilib.

Qeyd edək ki, serialda baş rolları Şevval Sam, Nəsrin Cavadzadə və Talat Bulut oynayır.



                 

Digər