Timati 1,3 milyon “dislike” alan klipini “Youtube”dan sildi

Timati 1,3 milyon “dislike” alan klipini “Youtube”dan sildi
3798 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün rusiyalı reperlər Timati və Qaf Moskvaya həsr etdikləri klipi təqdim ediblər.

Axşam.az xəbər verir ki, lakin onlar gözləmədikləri nəticə ilə üz-üzə qalıblar.

Belə ki, istifadəçilər reperləri yaltaqlıqda günahlandırıb və “Youtube”da klipə 1,3 milyon “dislike” gəlib.

Bütün bunlardan sonra isə Timati klipi “Youtube”dan sildirib. Qaf isə mahnıya və klipə görə izləyicilərdən üzr istəyib. O, siyasi məsələlərdən xəbərdar olmadığını söyləyib.