Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov Xorvatiya milli komandasının kapitanı, "Real Madrid"in futbolçusu Luka Modriçlə foto çəkdirib.
Axşam.az xəbər verir ki, Mikayıl şəkli sosial şəbəkədə yayımlayıb. O, ötən gün AÇ-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan – Xorvatiya (1:1) matçını izləyib.
Qeyd edək ki, Mikayıl "Jara" festivalında jurnalistlərin suallarını cavablandıraraq, futbolu sevdiyini, "Barselon"ın fanatı olduğunu demişdi.