Türkiyəli aktrisa və aparıcı Ezgi Sertel Kanal D-də yayımlanan “İkinci sayfa” proqramının qonağı olub.

Axşam.az xəbər verir ki, sənətçi yaşadığı faciə ilə aparıcıları mat qoyub.

Hazırda əkiz uşaqlara hamilə olan 37 yaşlı aktrisa ilk övladını itirdiyini bildirib:

“Bu haqda heç yerdə danışmadım. Teve2-də veriliş aparırdım. Reklam fasiləsində övladımı itirdim. Reklamdan qayıdıb, izləyicilərlə sağollaşdım və xəstəxanaya aparıldım. Həmin vaxtı 7 həftəlik hamilə idim”.

Qeyd edək ki, sənətçi “Tek Türkiye” və “Arka sokaklar” serialı ilə məşhurlaşan aktyor Ozan Çobanoğlu ilə evlidir.



                 

Digər