Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mövsümü sentyabrın 21-də Pərvinin “Qızıl balıq” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında hazırlanan eyniadlı tamaşa ilə açacaq.

Axşam.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir. Tamaşada əsas rolları Əməkdar artistlər Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, aktyorlar Ədalət Əbdülsəmədov, Nuriyə Əliyeva, Asya Atakişiyeva, İlahə Əmirxanova, İmran Qurbanov, Nuranə Hüseynova, Könül Əbilova, Xaliq Bəkirov və Nurlan Süleymanlı canlandıracaq.



                 

Digər