Keratinin ziyanı faydasından çoxdur

Keratinin ziyanı faydasından çoxdur
5248 dəfə oxunub
  • A-
  • A
  • A+

Son zamanlar geniş yayılan keratin xüsusilə, çox qabaran, elektriklənən və ya sözə baxmayan saçlar üçün nəzərdə tutulub. Bəs keratin nədir? Qulluğu necə olmalıdır? Və saça keratin tətbiq etməyin faydaları və zərərləri nələrdən ibarətdir?

Axşam.az saçlarınıza tətbiq etməzdən öncə bilməli olduğunuz bütün məqamlarıdiqqətinizə çatdırır.

Vətəni Brazilya olan keratin saçın, dırnaqların və dərinin təməl proteinidir. Uzun müddət fen, saç düzləşdirici vasitələrdən istifadə etdikdə, saçın keratin toxumasında və saçı qoruyan üst təbəqədə yanmalar və toxumaların zədələnməsi baş verir. Buna görə də saç yanır və əl vurduqda parça təsiri bağışlayır. Sözə baxmır və fensiz forma ala bilmir. Belə olduqda saça keratin müalicəsi tətbiq edilir. Bu, saçlarınızı düz və yumşaq edər, həmçinin yanmış telləri də müalicə etmiş olarsınız.

Lakin keratin məhsullarının içində saçınız üçün ziyanlı ola biləcək kimyəvi maddələr də var. Həmçinin onu qeyd etmək lazımdır ki, keratinlə düzləşdirmə saçlarınızı sadəcə müəyyən bir müddət üçün gözəl göstərəcək. Bu, ustalar tərəfindən tətbiq edilməlidir. Qeyd edək ki, tərkibindəki zərərli maddələrə görə, keratin bəzi ölkələrdə qadağa edilib.

Keratin saça zərərlidirmi?

Keratinin tərkibində olan formaldehid Beynəlxalq Xərçəng Araşdırmaları təşkilatı tərəfindən kanserogen maddə olaraq qəbul edilib. Həmçinin keratin tətbiq edərkən yüksək istilikdən istifadə etmək lazımdır ki bu da, saçın qırılmasına və yanmasına səbəb olur.

Saçların eyni görüntünü əldə etməsi üçün bu proses təkrarlanmalıdır. Lakin bu təkrarlar saçınız üçün çox zərərlidir.
Keratin qıvırcıq saçları düzləşdirmək üçün istifadə edilə bilməz.
Açıq rəngli və tez-tez boyanan saçlarda həddindən artıq quruma başlayır.
Tətbiqindən sonra saçlarınızı kəsdirməyə məcbur ola bilərsiniz.

Keratinin faydaları

Saç işığı daha yaxşı əks etdirir buna görə, saçlar daha parlaq görünür. Sözə baxmayan, qabaran saçları düzləşdirir.
Sadəcə saç ustalarına etdirmək vacib deyil. Keratin tərkibli şampun və kremlər də var ki, onlar da saçı daha parlaq və canlı göstərir. Lakin uzun müddət qalması üçün ustalar tərəfindən tətbiq edilməlidir.
Hər gün saç düzləşdirmək, fenləmək məcburiyyətində qalmaq istəmirsinizsə keratin tətbiq edə bilərsiniz. Lakin unutmayın ki, keratin saçlarınızı sadəcə 3 aylığına düzləşdirəcək.