Futbolçu Arda Turanla müğənni Berkay Şahinin növbəti məhkəməsi baş tutub.

Axşam.az xəbər verir ki, Berkay iclasa mühafizəçi ilə gəlib. Arda isə məhkəməyə təşrif buyurmayıb.

İddianamədə Arda haqqında “Cinsi istismar”, “Qəsdən yaralamaq”, “Qorxu və panika yarada biləcək tərzdə silahla atəş etmək”, “Sənədsiz isti silahlarla mərmi satın almaq və daşımaq” maddələri üzrə 12 ilədək həbs tələb olunurdu.

Arda Turan cinsi istismar suçundan qurtulsa da, qəsdən yaralamaq və sənədsiz silah gəzdirdiyinə görə, cəzalandırılıb.

Qeyd edək ki, ötən il məkanların birində məşhurlar arasında dava düşmüşdü. Hadisə zamanı Berkayın burnu qırılmışdı. Arda Turan dalaşdığını etiraf etsə də, bunun səbəbini açıqlamamışdı.

Ancaq Berkayın həyat yoldaşı Özləm Ada Şahin Arda Turanın ona əxlaqsız təklif etdiyini söyləmişdi.



                 

Digər