"Yeni hobbisi həyatımı məhv etməkdir"

"Yeni hobbisi həyatımı məhv etməkdir"
5653 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş model Viktoriya Bekhem 20 illik həyat yoldaşı sabiq futbolçu Devid Bekhemdən şikayət edib.

Axşam.az xəbər verir ki, 44 yaşlı Devid son günlərdə minlərlə parçadan ibarət olan "leqo" oyunu ilə məşğuldur.

Viktoriya gününün çox hissəsini oyunda keçirən futbolçunun fotosunu paylaşaraq "Gecə saat 3-dək leqo qurdu, səhər tezdən yenə oyundadır. Bütün işlərimiz qalıb. Ən böyük hobbisi həyatımı məhv etməkdir" deyə, yazıb.