Aktrisa Natavan Əfəndiyevanın bu ilin fevralında gizli ərə getdiyi xəbəri yayılmışdı. Sənətçi toyu olmadan, ailə qurduğunu "Facebook" səhifəsində münasibətini "ailəli" edərək açıqlamışdı. Dostları isə Natavanı ərə getməsi münasibətilə təbrik etməyə başlamışdılar.

Axşam.az xəbər verir ki, bir neçə müddətdən sonra isə Əfəndiyevanın ailə qurduğu şəxsin kimliyi ortaya çıxıb. Bəlli olub ki, Natavan Xalq artisti Akif İslamzadənin qardaşı oğlu Vüqar İslamzadə ilə nikah masasına oturub. Bunu isə aktrisa özü birlikdə fotolarını paylaşaraq, aşkar edib. Daha sonra isə Natavan sosial şəbəkədə soyadını dəyişərək, "İslamzadə" yazıb.

Bu günlərdə isə cütlüklə bağlı fakt ortaya çıxıb. Natavanla bağlı yazı saytımızda yayımlanıb, qeyd bölümündə onun İslamzadə ilə ailəli olduğu vurğulanmışdı. Bir neçə ay əvvəl birlikdə yayılan xəbərlərinə reaksiya verməyən Vüqar bu dəfə adının aktrisa ilə yan-yana yazılmasına sərt reaksiya verib.

 

V.İslamzadə saytımızla əlaqə saxlayaraq, Natavanla heç vaxt ailəli olmadığını deyib. "Biz evlənməmişik. Sadəcə, bir neçə ay birlikdə yaşamışıq. Üç aydır ayrılmışıq. Məni onunla "ailəli" olmuş kimi yazmayın" sözlərini deyib.

Natavan da öz növbəsində sosial şəbəkədən "İslamzadə" soyadını silib. Eyni zamanda münasibət bölümündə "evli" durumunu "subay" olaraq qeyd edib.



                 

Digər