Cavan Zeynallı Aybəniz Haşımovanı "paxıl" adlandırdı

Cavan Zeynallı Aybəniz Haşımovanı "paxıl" adlandırdı
3419 dəfə oxunub
  • A-
  • A
  • A+
"Fərid Məmmədov Aybəniz Haşımovanın ansamblında uşaq vaxtı oxuyurdu. Amma böyüyəndə universitetdə mənim tələbəm idi. Bizim ifaçılarda qısqanclıq var".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı lent.az-ın canlı yayımında deyib. Cazmen Əməkdar artist Aybəniz Haşımovanı "paxıl" adlandırıb. O bildirib ki, "Eurovision" təmsilçimiz olan Fərid Məmmədovla bağlı açıqlama verib:

"Yalçın Rzazadə deyirdi ki, indi sənin adın yüksələcək, tələbən müsabiqədə ikinci yeri tutdu. Aybəniz Haşımova onu öyrətmişdi ki, "Eurovision"a gedəndə, demə tələbəsən. Qorxurdu ki, Fərid mənim tələbəm olduğunu deyər. Qorxutmuşdu ki, bilsələr, sənə 31-ci yeri verəcəklər. Belə etmişdi ki, Fərid mənim adımı çəkməsin. Nə edirəm mən "Eurovision"ı? Mənim heç xoşuma gəlmir həmin müsabiqə, baxmıram. Bu şeyləri çox keçmişəm. Mənim fəxri adlarım var, İsveçrədə adımın çəkilməsi lazımd eyil.

Bizim sənətçilər qısqancdır. Pis şeydir, özünə pis edirsən. Birinə gül verəndə, paxıllıq çəkirlər. Bu şeyləri çox keçmişəm".