Zamiq ata olacaq

Zamiq ata olacaq
5619 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib.

Axşam.az xəbər verir ki, müğənni həmkarı Zamiq Hüseynovu ad günü münasibətilə təbrik edib.

"Səni təbrik edirəm. Bu il sən ən gözəl yaşını yaşayacaqsan. Çünki sən ata kimi yaşayacaqsan" deyərək, Zamiqin sirrini açıb.

Röya açıqlamasında Zamiqin evləndiyini, həyat yoldaşının hamilə olduğu sirrini ortaya çıxarıb. 

Qeyd edək ki, Z.Hüseynovun ötən il gizli evləndiyi xəbəri yayılmışdı. Sənətçi bu haqda sualları hər zaman cavabsız qoyub. Müğənni ikinci dəfə Aydan adlı xanımla nikah bağlayıb.

***

Məsələyə Zamiq də münasibət bidirib. O, Röyanın yalan danışdığını söyləyib:

"Dostum Röya həmişəki kimi təbriki ilə məni təəccübləndirdi. Belə bir şey yoxdur. Röya mənim yeni yaşımda ata olacağımı deyil, mənimlə bağlı ən böyük arzusunu ifadə edib. Bu il ailə qurmağımı, ata olmağımı istəyir.

Ata olmaq böyük məsuliyyətdir. Əlbəttə, mən də istəyərəm tezliklə bu statusa sahib olum. Bu xəbərə sevinən dostlarımın diqqətinə çatdırım ki, məni bu mövzuda təbrik etmək hələ tezdir”.