Burak Özçivit serialından 1,3 milyon alacaq

Burak Özçivit serialından 1,3 milyon alacaq
4543 dəfə oxunub
  • A-
  • A
  • A+

“Diriliş Osman” serialı ilə ekranlara dönən Burak Özçivitin alacağı məbləğ bəlli olub.

Axşam.az xəbər verir ki, TV8-də yayımlanan “Gel konuşalım” proqramında onun hər bölüm üçün 325 min lirə (təxminən, 97 min 800 manat) alacağı bildirilib.

Yəni, Özçivitin aylıq gəliri 1,3 milyon lirə olacaq.

Qeyd edək ki, “Diriliş Osman” ATV-də yayımlanacaq. Burakın partnyoru isə aktrisa Aslıhan Karalardır.