Beyaz reklam filmindən 4,5 milyon qazanacaq

Beyaz reklam filmindən 4,5 milyon qazanacaq
3750 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur şoumen Beyazıt Öztürk içki markalarından birinin reklam üzü olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, firma ilə bir illik müqavilə imzalayan şoumenin gəliri 4,5 milyon lirə olacaq.

Çəkilişlər üçün kameralar qarşısına keçən Beyaz maraqlı açıqlamalar verib. "Kampaniya çərçivəsində 19 şəhər gəzəcəyəm. Bunu eşidən anam "oğlum, bəlkə qismətin açılar, bir daşla iki quş vurarsan" deyir" deyərək, hər kəsi güldürüb.