Türkiyəli aktrisa Pınar Altuğun 45 yaşı tamam olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, doğum günü ilə bağlı sosial mediada izləyicilərinə maraqlı təklif irəli sürüb.

Aktrisa pərəstişkarlarından hədiyyə əvəzi kimsəsiz qızlara kömək etmələrini istəyib.

"Mənə hədiyyə almayın, göndərməyin. Əvəzində Koruncuk Vəqfinə yardım edin" deyə, o yazıb.

Altuğun bu çağırışı böyük maraq doğurub. Vəqfə qısa zaman ərzində 39 min lirəlik pul yatırılıb.

"Kampaniya çərçivəsində 39 min lirə toplanıb. Bir qızın təhsil xərci 3 min lirədir. 13 nəfər qız uşağına təqaüd ayrıldı. Bu həyatımın ən anlamlı doğum günü oldu" deyə, aktrisa bildirib.



loading...


                 

Digər