Məşhur aktrisa həbs edildi

Məşhur aktrisa həbs edildi
4354 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktrisa Felisiti Haffman həbs olunub.

Axşam.az xəbər verir ki, məhkəmə aktrisanı 14 gün müddətinə azadlıqdan məhrum edib.

Felisitinin həbsinə səbəb rüşvət verməsi olub. Belə ki, o, qızı ali məktəbə daxil olsun deyə, imtahan nəticələrini saxtalaşdırıb. Bunun üçün isə 15 min dollar ödəyib.

Haffman bu saxtakarlıqdan 14 günlük həbslə canını qurtara bilməyib. Ona həm də 250 saat ictimai iş cəzası verilib. Aktrisa 1 il nəzarət altında yaşayacaq, 30 min dollar ödəyəcək.