"Arka sokaklar"ın aktyorunu İzmirdə döydülər

"Arka sokaklar"ın aktyorunu İzmirdə döydülər
4767 dəfə oxunub
  • A-
  • A
  • A+

"Arka sokaklar" serialı ilə məşhurlaşan aktyor Şevket Çoruh hücuma məruz qalıb.

Axşam.az xəbər verir ki, komandası ilə tamaşa göstərmək üçün İzmirə yollananan sənətçi restoranların birində həmkarı Murat Akkoyunlu ilə yemək yeyib. Bu zaman məkana gələn qonaqlardan biri avtomobilini park edərkən küçə itini əzib. Bu barədə sürücüyə xəbərdarlıq edən dostlar "Məşhursunuz deyə niyə artistlik edirsiniz" cavabına məruz qalıb.

Qısa müddət sonra isə bir neçə adam bıçaqla aktyorlara hücum edib. Adamlardan biri isə Şevket Çoruhun qonaqlarını silahla qorxudub. Aktyorlar baş verən hadisədən yara almadan qurtulub. Restorana polislər gəlib və sənətçiləri mühafizə edib.